"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sədr: "Bələdiyyəyə dəstək vergilərin vaxtında ödənilməsiylə başlamalıdır”

--2023-03-15 / 06:21

 “2022-ci il ərzində Xızı bələdiyyəsinin büdcəsinə ümumilikdə 6.917 manat pul vəsaiti daxil olmuşdur”- bu fikirləri Belediyye.infoya Xızı bələdiyyəsinin sədri Xaliq Qasmov bildirib.

Sədrin sözlərinə görə, il ərzində torpaq vergisindən 530 manat, əmlak vergisindən 1316 manat, torpaqların alqı-satqısından 3.000 manat və dövlət tərəfində ayrılmış datasiya 2070 manat təşkil edib.

2022-ci il ərzində Xızı bələdiyyəsinin xərcləri ümumilikdə 7.188 manat təşkil edib.

Hazırda bələdiyyənin həyata keçirdiyi layihə mərasim evinin inşasıyla bağlıdır. Sədr bildirib ki, mərasim evinin tikintisi çox böyük maliyyə vəsaitləri hesabına başa gəlir. Xızı şəhərinin əhalisini nəzərə alsaq və xeyr-şər evinin olmaması əhaliyə böyük çətinliklər törədir. Biz hamılıqca bu işdə Xızı bələdiyyəsinə dəstək durmalıyıq ki, xeyr-şər evinin tikintisi qısa zamanda başa çatdırılsın. Bu dəstək vergilərin vaxtında yığılmasından başlamalıdır. inanırıq ki, gələcəkdə dövlətimiz tərəfində də maliyyə vəsaiti ayrılacaq və Xızı şəhərində əhali üçün müasir tələblərə uyğun olan xeyr-şər evinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə veriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR